Rusiya prezidenti Vladimir Putin xarici qüvvələrin Suriyada Əsədin icazəsi olmadan qalmasını pisləyib. 

Unikal.org xəbər verir ki, bunu Federasiyanın prezidenti Suriyanın lideri Bəşər Əsədlə Moskvada keçirilən görüşü zamanı deyib. 

Putin 2011-ci ildə hökumət əleyhinə etirazların basqısı ilə başlayan Suriya münaqişəsi boyunca Əsəd rejiminin əsas müttəfiqi olduğunu bildirib.
Əsədin tələbi ilə 2015-ci ildə Rusiyanın hərbi müdaxiləsi müharibənin gedişatını xeyrinə çevirməyə kömək etdi və Moskva ölkədə əsas hərbi bazalarını saxlayıb: 

"Mənim fikrimcə, əsas problem, xarici silahlı qüvvələrin Birləşmiş Millətlər Təşkilatının razılığı olmadan və sizin icazəniz olmadan ölkənin müəyyən bölgələrində qalmalarıdır". 

Qeyd edək ki, hazırda Suriyada Rusiyadan əlavə, Türkiyə və ABŞ-ın hərbi qüvvələri mövcuddur. 

Ağarza Elçinoğlu