Gələn il Fransada keçiriləcək prezident seçkilərində namizədliyini elan edənlərin sayı artır.
Unikal.org xəbər verir ki, Fransa ictimaiyyəti gözlərini təxminən 7 aydan sonra keçiriləcək prezident seçkilərinə yönəldib. Seçkilər yaxınlaşdıqca prezident kürsüsündə oturmaq istəyən 9 siyasətçi artıq prezidentliyə namizəd olacağını açıqlayıb.
Prezident Emmanuel Makron namizədliyini açıqlamasa da, namizədliyi qəti sayılır.
2020-ci ilin iyulunda baş nazir vəzifəsindən ayrılan və seçkilərdə Makronun mümkün rəqibi olaraq görülən Edouard Fillip seçkidə Makronu dəstəkləyəcəyini açıqlayıb.
Prezident seçkilərində namizədliyini irəli sürən ilk şəxs, ultra solçu Fransa Sarsılmaz Hərəkatının (LFI) lideri Jean-Luc Melenchon olub. Fransız müxalifət lideri 8 Noyabr 2020-ci il tarixli açıqlamasında Fransa cəmiyyətinin çıxılmaz vəziyyətə düşdüyünü və problemləri həll etmək üçün vasitə və proqrama sahib olduqlarını və 2022-ci ilin aprelin 10-da keçiriləcək seçkilərdə yarışacağını bildirib.
Gülayə Mecid