"ABŞ-ın Ukraynanın demokratikləşməsi layihəsi bölgədəki sabitliyi pozmaq və respublika ilə Rusiya arasındakı münasibətləri gərginləşdirmək məqsədi daşıyır".
Unikal.org "TASS"a istinadən xəbər verir ki, bunu yutubda yayımlanan "Soloviev Live" verilişinin efirində Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Amerika hakimiyyəti Rusiyaya təzyiq göstərmək üçün demokratiyanı yaymaq adı altında bölgədəki əsl niyyətlərini həyata keçirmək üçün Ukrayna lideri Vladimir Zelenskiyə maliyyə yardımı ilə rüşvət verir:
"Bu, ABŞ-ın ölkəmizi cilovlamaq, bizi daim nədəsə günahlandırmaq və qeyri-sabitlik vəziyyəti yaratmaq üçün istifadə etdiyi bir vasitədir".
O əlavə edib ki, bu hərəkətlər Ukrayna xalqının real maraqlarına ziddir.
Qeyd edək ki, bir müddət əvvəl Ukraynanın ABŞ-dan 45 milyon dollardan çox maliyyə yardımı alacağı, həmçinin milyonlar dəyərində silah tədarük edəcəyi məlum olub. Kiyevə vəsait ayırmaq öhdəliyi artıq ABŞ Prezidenti Co Bayden və ukraynalı həmkarı Vladimir Zelenskinin sentyabrın 1-də imzaladağı "ABŞ-Ukrayna strateji tərəfdaşlığı haqqında" bəyanatına daxil edilib.
Ağarza Elçinoğlu