Danimarka Krallığının muxtar bölgəsi olan Farer adalarında, hər il keçirilən "Grindadrap" festivalı zamanı 1428 balina və delfin öldürülüb.
Unikal.org xəbər verir ki, yerli media 1500-cü illərə aid "Grindadrap" adlanan delfin və balina ovçuluğu ənənəsində bu il 1428 məməlinin insanlar tərəfindən öldürüldüyünü yazıb.
Bunun ənənə başlayandan bəri ən yüksək rəqəm olduğunu vurğulayan media, Farer sakinlrini qınayıb. Bununla yanaşı danimarkalı ekoloqlar bu ənənənin qarşısını almağı tövsiyə ediblər.
Gülayə Mecid