"İranın nüvə silahını əldə etməsi üçün cəmi 1 aya ehtiyacı var".
Unikal.org "The New York Times" qəzetinə istinadən xəbər verir ki, bu barədə Beynəlxaq Atom Enerjisi Agentliyinin hesabatında qeyd edilib.
Bildirilib ki, İranın nüvə başlığı əldə etməsi üçün lazımi materiallara sahib olmasına 1 ay qalıb. Açıqlamaya görə, İran 2015-ci ildən bəri ilk dəfədir nüvə silahı əldə etməyə bu qədər yaxındır. Bildirilir ki, İranın uranı 60 faiz zənginləşdirməsi barədə qərarı onun nüvə silahı əldə etməsinə imkan yaradıb.
Belə davam edərsə, İran ikinci nüvə başlığını hərəkətə keçirmək üçün lazım olan yanacağı 3 aya, üçüncü nüvə başlığını hərəkətə keçirmək üçün lazım olan yanacağı isə 5 aya əldə edəcək.
Ağarza Elçinoğlu