Cənubi Koreyanın bazar tənzimləyici orqanı olan Ədalətli Ticarət Komissiyası “Google” şirkətini 177 milyon dollar cərimələyib.
Unikal.org xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Komissiya şirkətin əməliyyat sistemlərində və tətbiq bazarlarında hökmranlıqdan sui-istifadə etdiyini bildirib.
Məlumata görə, “Google” rəqibləri tərəfindən istehsal olunan mobil əməliyyat sistemlərinin istifadəsini bloklayıb.