Braziliyanın San Paulo əyalətinin Piracicaba şəhərində zəngin iş adamına məxsus 7 nəfərin olduğu kiçik təyyarə havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki,  alovların qalxdığı yerə hadisə yerinə xilasedici və təcili yardım qrupu göndərilib.  Qəza nəticəsində iş adamı, həyat yoldaşı və 3 uşağı da daxil olmaqla ümumilikdə 7 nəfər həyatını itirib. 

Təhlükəsizlik kamerasının qeydə aldığı kadrlarda təyyarənin qəzaya uğradıqdan sonra alovlandığı görülüb. Hadisə ilə bağlı istintaq başladılıb.

 Gülayə  Mecid