ABŞ Federal Təhqiqat Bürosu (FTB) və Nyu York polisi, lider Andrey Rousseau və müavini Benjamin Kastellatso da daxil olmaqla, "Kolombo" mafiyasının 9 üzvünü həbs edib.
Unikal.org nytimes.com-a istinadən xəbər verir ki, onlar korrupsiya və fırıldaqçılıqda şübhəli bilinirdilər. Polisin verdiyi məlumata görə, daha 3 mafiya üzvü də saxlanılıb. Onlar barəsində qətimkan tədbiri seçilib.
Bildirək ki, "Kolombo" mafiyası Nyu-Yorkda mütəşəkkil cinayətkarlığa nəzarət edən beş böyük mafiya qrupundan biridir.
Gülayə Mecid