"Bu il təbii fəlakətlərin vurduğu ziyan 100 milyard dolları keçəcək".
Unikal.org TASS-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Koloradoda çıxışı zamanı bildirib.
“Təbii fəlakətlər keçən il ABŞ-a 99 milyard dollar ziyan vurdu. Bu il isə rekordu aşacaq".
ABŞ lideri həmçinin də, təbii fəlakətlərin ziyan vurduğu ərazilərdə olub.
"Dünən Kaliforniya meşə yanğınının dağıdıcı təsirlərini şəxsən gördüm. Son iki həftə ərzində Ida qasırğasının təsirlərini görmək üçün Luiziana, Nyu-York və Nyu-Cersi şəhərlərini də gəzdim. Şahid olduğumuz təbii fəlakətlər daha tez -tez baş verəcək və şiddətlənəcək. İlin əvvəlindən bəri ölkə daxilində 5.6 milyon hektar 44 min meşə yanğını qeydə alınıb. Bu on minlərlə insanın təxliyə edilməsinə səbəb oldu".
Gülayə Mecid