Çexiyada sahibi tərəfindən gəzintiyə çıxarılan it, meşəlik ərazidə 14-cü əsrə aid olduğu düşünülən xəzinə tapıb.
Unikal.org xəbər verir ki, bunu görən çex vətəndaşı aidiyyatı qurumlara xəbər verib. Əraziyə cəlb olunan arxeoloqlar xəzinəni basdırıldığı yerdən çıxarıblar. Onlar xəzinənin ağırlığından içində sərvət dolu qızıl olduğunu vurğulayıblar. Lakin xəzinənin ağzı açılmayıb.
Xəzinə Valasske Regional Muzeyinin səlahiyyətlilərinə təhvil verilib. Belə ki, muzey xəzinəni Mezirici xəstəxanasına göndərib. Saxsı qabın tomoqrafiya aparatı vasitəsilə müayinə ediləcəyi bildirilir.
Gülayə Mecid