Fransada ifrat sağçı, yazıçı və jurnalist Erik Zemmour, Ərəb adlarının və ərəb mədəniyyətinin Fransız cəmiyyətinə yaxşı təsir göstərmədiyini dilə gətirərək, ölkədə Məhəmməd kimi adların qadağan edilməsini istəyib.
Unikal.org xəbər verir ki, 2022-ci ildə Fransada keçiriləcək prezident seçkilərində namizəd olan Erik Zemmour qonaq olduğu "CNEWS" telekanalında İslam əleyhinə ifadələr işlədib.
Namizədliyini rəsmən açıqlamayan jurnalist , "Fransa üçün yaxşı fikirlərim olduğunu düşündükləri üçün məni namizəd olmağa məcbur edirlər",-deyə bildirib. Bununla belə, o, İslamofobiyanı geniş təbliğ edəcəyini də qeyd edib.
Gülayə Mecid