Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 16-da Düşənbədə KTMT Kollektiv Təhlükəsizlik Şurasının sammitində Ermənistanın prioritetlərini təqdim edəcək.

Unikal.org xəbər  verir ki,   təşkilatın mətbuat xidmətindən verilən məlumata görə, 2021-2022-ci illərdə KTMT-yə sədrlik Ermənistana keçir.

Tədbirdə KTMT-yə üzv ölkələrin liderləri, eləcə də təşkilatın baş katibi Stanislav Zas iştirak edəcək.

Kollektiv Təhlükəsizlik Şurasının üzvləri beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini və bu müddət ərzində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətinin əsas nəticələrini müzakirə edəcəklər.

Gülayə  Mecid