Rusiyada son sutka ərzində koronavirusdan 792 nəfər vəfat edib.
Unikal.org-un məlumatına görə, ölkədə bu günədək ölənlərin sayı 195 min nəfəri ötüb.
Eyni zamanda, ölkədə ötən gün 18 841 yeni yoluxma qeydə alınıb.
Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 7,2 milyon nəfər yaxınlaşır.
Xatırladaq ki, Rusiyada koronavirusdan ölüm hallarında ən yüksək göstərici avqustun 26-da qeydə alınmışdı. Həmin gün ölkə ərazisində 820 nəfər həyatını itirmişdi.