ABŞ Prezidenti Co Bayden, Çin Prezidenti Si Tszinpini şəxsi görüşə dəvət edib.
Unikal.org "Financial Times"a istinadən xəbər verir ki, Birləşmiş Ştatların liderinin bu təklifi çinli həmkarı tərəfindən qəbul edilməyib.
Sentyabrın 9-da ABŞ-Çin başçılarının telefon danışığının təfərrüfatı açıqlanarkən bildirilib ki, Amerikanın təşəbbüsü ilə təşkil edilən söhbət bir saat yarım davam edib. Bu, Baydenin dövründə ABŞ və Çin liderləri arasında yalnız ikinci söhbət idi. Birincisi isə 7 ay əvvəl, fevralın 10-da baş tutub.
Qeyd edilib ki, Bayden Vaşinqtonla Pekin arasındakı münasibətlərdə çıxılmaz vəziyyətdən çıxmaq məqsədilə zirvə görüşü təklif edib. bunun əvəzinə isə Si Tszinpi ABŞ-ın ÇXR-ə qarşı daha az aqressiv ritorikaya riayət etməsində israrlı olub.
Qeyd edək ki, sözügedən görüşün baş tutmaması, eyni zamanda, koronavirusla əlaqəli sağlamlıq riskləri ilə də bağlı ola bilər.
Ağarza Elçinoğlu