Əfqanıstanda 15 avqust tarixindən hakimiyyətə gələn "Taliban” liderləri arasında ciddi qarşıdurma yaranıb.
Unikal.org "BBC"yə istinadən xəbər verir ki, prezident sarayında keçirilən görüşdə "Taliban” qurucularından biri, Baş nazirin müavini Əbdül Qəni Baradər, Qaçqınlar naziri və "Haqqani Şəbəkəsi"nin tanınmış nümayəndəsi Xəlil Rəhman Haqqani ilə mübahisə edib.
Hökumətdəki hər iki tərəfin tərəfdarları da toqquşmada iştirak ediblər.
Mübahisənin səbəbi Baradərın yeni hökumətin quruluşundan narazılığı olub. Bundan əlavə, Bəradər hesab edir ki, talibilərin hakimiyyətə gəlməsi danışıqlar və diplomatiya ilə məşğul olanların, yəni onun kimi insanların əməyidir. Eyni zamanda, yüksək rütbəli radikalçıların rəhbərlik etdiyi "Haqqani Şəbəkəsi"nin üzvləri hər şeyin hərbi uğurlarla həll olunduğuna inanırlar.