Ukrayna Türkiyədən yeni Pilotsuz Uçuş Aparatları (PUA) alacaq. 

Unikal.org xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general-leytenant Valeriy Zalujnı məlumat verib.

O, bildirib ki, ölkəsi 2021-2022-ci illərdə Ukrayna ordusunun ehtiyacları üçün "Bayraktar TB2"-lərin daha 4 kompleksini alacaq. Qeyd edək ki, hər kompleksdə 24 PUA olacaq ki, bu da ümumilikdə 96 ədəd "Bayraktar TB2"-nin ölkəyə gətirilməsini təmin edəcək. Hazırda Ukrayna Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin arsenalında Türkiyə istehsalı olan PUA-ların 2 kompleksi mövcuddur.

Zalujni deyib ki, "Bayraktar"ların alınması hələ işin yarısıdır. Onun sözlərinə görə, hər şeydən öncə aparatlarla səmərəli işləməyi öyrənmək lazımdır.

Ağarza Elçinoğlu