Belarusda terror aktları ilə bağlı cinayət işi çərçivəsində 20-dən çox adam saxlanılıb.
Bu barədə Unikal.org yerli mətbuata istinadən xəbər verir.
Əməliyyat parlamentin aşağı palatasının deputatı Oleq Qaydukeviçin evi də daxil olmaqla, paytaxtda bir neçə sosial obyektdə planlaşdırılan hücumlarla əlaqədardır.
İyulda Qaydukeviç bildirib ki, naməlum şəxs gecə saatlarında onun evinə üç "Molotov" kokteyli atıb. Əməliyyat-axtarış tədbirləri zamanı şəhərdə bir neçə terror hücumu planlaşdıran şəxslər müəyyənləşdirilərək istintaqa təhvil verilib.
Təqsirləndirilən şəxslərin hərəkətləri Belarusun Cinayət Məcəlləsinin 289-cu maddəsi - "Terror aktı"na uyğun olaraq qiymətləndirilir.
Həm terror aktlarını birbaşa törədənlər, həm də onların əlaltıları məhkəmə qarşısına çıxarılacaq.