Yəmənin bütün əyalətlərdə fövqəladə vəziyyət və səfərbərlik elan edilib.
Unikal.org xəbər verir ki, buna səbəb Husilərin cənub əyalətlərinə doğru irəliləməsi olub. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən dəstəklənən separatçı Cənub Keçid Şurasının başçısı Aydarus ez-Zubeydi,"Çərşənbə günündən etibarən cənubdakı bütün əyalətlərdə fövqəladə vəziyyət elan edirik",- deyə açıqlama yayıb.
Silahlı qüvvələri və cənubdakı bütün təşkilatları ən yüksək səviyyədə səfərbər olmağa çağıran Zubeydi, "Din, vətən və namusun müdafiəsi naminə Husilərin təhdidlərinə qarşı bütün güclərin ortaya qoyulmasını" tələb edib.
Gülayə Mecid