Fransa hərbçiləri Sahel bölgəsindəki İŞİD terror təşkilatının liderini məhv edib.
Unikal.org xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron öz "Twitter" səhifəsində yazıb.
"Böyük Saharada "İslam Dövləti" terror qruplaşmasının lideri Adnan Əbu Valid əl-Sahraui Fransa qoşunları tərəfindən zərərsizləşdirilib. Bu, Saheldəki terror qruplaşmalarına qarşı mübarizəmizdəki daha bir böyük uğurdur" - deyə E.Makron qeyd edib.