İstanbulun Pendik hotelində ölümlə nəticələnən hadisə baş verib.
Unikal.org xəbər verir ki, sevgilisi ilə birlikdə hotelə gələn 46 yaşlı Abdülmecit Yılmazın qəfildən vəziyyəti pisləşib. Belə ki, kişi 38 yaşlı sevgilisi Zöhrəyə "Ürəyim sıxılır" deyərək, yardım istəyib. Amma kişi bu sözündən sonra infarkt keçirərək, ölüb. Qadın sevgilsinin ölümündən sonra nə edəcəyini bilməyib. Nəticədə tutduqları mənzilin eyvanından özünü ataraq, intihar edib.
Hadisə şahidləri polisə xəbər edib. Hotel işçiləri kişini yataqda ölü vəziyyətdə tapıblar. Hadisənin baş vermə səbəbi araşdırılır.