Sultan Süleyman Qanuniyə aid mərasim əbası Topkapı Sarayı Milli Saraylar Tekstil Qoruma və Bərpa Atelyesində bərpa olunur.

Unikal.org xəbər verir ki, Sultanın üst geyimi xüsusi olaraq toxunan İtalyan məxmərdən hazırlanıb. XVI əsrə aid xalat rəqəmsal rəngləmə təhlili ilə bərpa olunur.

Bərpa işlərinin 4 ay çəkəcəyi gözlənilir. Sözügedən paltarın 2022-ci ildə Topkapı Sarayının üçüncü həyətində yerləşən Seferli Koğuşunda sərgilənməsi planlaşdırılır.

Bildirilib ki, bərpa prosesi zamanı əsərin orijinal materialına uyğun olan materiallar müəyyənləşdiriləcək və daha sonra restovrasiya prosesinə başlanacaq. 

Ağarza Elçinoğlu