Avropa Parlamenti Rusiya ilə bağlı qətnamə qəbul edib.
Unikal.org xəbər verir ki, qətnamədə Putin hökuməti Avropanın təhlükəsizliyi üçün ən böyük təhdid adlandırılıb.
Deputatlar Moskvaya qarşı sanskiyaların genişləndirilməsini, həmçinin, neft və qaz asılılığından azad olmağa çağırış ediblər.
Sənədə 493 deputat "hə", 103 deputat isə "yox" deyib. Qətnamə çoxsaylı səs üstünlüyü ilə qəbul edilib.
Qətnamədə Rusiyanın "Şərq Tərəfdaşlığı" ölkələrini təhdid edəcəyi təqdirdə ondan neft-qaz alışının məhdudlaşdırılması məsləhət görülür.