ABŞ-ın "Time" jurnalı 2021-ci ilin 100 ən nüfuzlu şəxsin siyahısını açıqlayıb.
Unikal.org xəbər verir ki, şəxsiyyətlər fəaliyyət sahələri əsasında kateqoriyalar üzrə qruplaşdırılıb.
Siyasətçilər arasında ABŞ Prezidenti Co Bayden, ÇXR Sədri Si Cinpin, ABŞ-ın vitse-prezidenti Kamala Harris, ABŞ-ın eks-prezidenti Donald Tramp, İtaliya Baş naziri Mario Draqi, İsrail Baş naziri Naftali Benet, İran Prezidenti İbrahim Rəisi, "Taliban" lideri Əbdül Qəni Bəradər və digərləri yer alıb.
Siyahıda həmçinin şahzadə Harri və Meqan Markl, müğənni Britni Spirs, senarist Şonda Rayms, aktrisa Keyt Uinslet, kinorejissor Xloya Çjao, aktyor Omar Si, milyarder İlon Mask və s. dünyaca məşhur simalar yer alıb.