Türkiyə ordusu 8 PKK terror qruplaşması üzvünü zərərsizləşdirib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"İraqın şimalında keçirilən əməliyyat zamanı "Fırat qalxanı" bölgəsində 4, "Zeytin dalı” bölgəsində isə 4 PKK/YPG terrorçusu Türkiyə ordusu tərəfindən zərərsizləşdirilib", - deyə Türkiyə MN-in məlumatında bildirilib.
"Zeytin dalı" bölgəsində zərərsizləşdirilən terrorçulardan birinin "Kandil" qrupundan olduğu müəyyən edilib.