Avropa Parlamenti Avropa İttifaqını Əfqanıstandakı vəziyyətlə əlaqədar yeni bir miqrasiya böhranına hazırlaşmağa çağırıb.
Unikal.org xəbər verir ki, bu barədə Strasburqda keçirilən plenar iclasın sonunda qəbul edilən qətnamədə deyilir. Bildirilib ki, əksər miqrantlar qorunmaq üçün qonşu ölkələrə gedəcəklər.
"Avropa Birliyi BMT -nin müvafiq qurumları və yerlərdə çalışan humanitar təşkilatlar vasitəsi ilə qaçqınları qəbul edən Əfqanıstanın qonşu ölkələrinə əlavə yardım göstərməlidir"
Sənəddə vurğulanır ki, qonşu dövlətlərə yardım Avropa İttifaqının öz ərazisində sığınacaq vermək siyasətinə alternativ olmamalıdır.
Deputatlar, ilk növbədə, Talibanın hakimiyyətə gəlməsindən sonra təhlükə altında ola biləcək əfqanların təhlükəsizliyini təmin etməyə çağırıblar.