Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 262 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 342 142 nəfər test edilib, onların 28 118-nin koronavirus testi pozitiv nəticə verib, 32 249 nəfər sağalıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil 104 020 938 peyvənd tətbiq edilib ki, bunun da 84,28 faizi birinci mərhələ vaksinasiya olunanlardır.