Səkkizinci çağırış Rusiya Dövlət Dumasına seçkilər başlayıb.
Unikal.org xəbər verir ki, seçki məntəqələri ilkin olaraq Çukotka və Kamçatkada açılıb.
Qeyd edək ki, “Birlikdə seçirik” şüarı altında keçirilən parlament seçkiləri üç gün davam edəcək. Həmçinin Rusiya subyektlərinin regional və yerli orqanlarına da seçkilər baş tutacaq.
450 deputat yeri olan parlamentin aşağı palatasına 14 siyasi partiyadan 3910 namizəd irəli sürülüb.
Pandemiya ilə bağlı parlament seçkilərində xarici ölkələrdən və beynəlxalq təşkilatlardan müşahidəçilərin sayı azlıq təşkil edir. Seçkiləri müşahidə etmək üçün Rusiyaya dəvət olunan müşahidəçilər arasında MDB müşahidəçilər missiyasının tərkibində Milli Məclisin deputatları da var.
Yekun nəticə oktyabrın 4-də elan olunacaq