Nigeriyanın şimal-şərqində yerləşən  Borno əyalətində qanlı baş verib.  

Unikal.org xəbər verir ki,  terror təşkilatı Boko Haramın əyalətə silah daşıyan  karvana hücum edib.  Hadisə nəticəsində 12 əsgər həlak olub.  

Bununla da  terrorçular 3 yük maşını silahla ələ keçirib. 

Qeyd edək ki,  terror təşkilatı 2015-ci ildən bu yana ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirib. Təşkilatın Çad Gölü hövzəsindəki hücumlarında ən az 2000 adam həyatını itirib. 

Gülayə Mecid