Fövqəladə Hallar Nazirliyi Heydər Əliyev Sarayının yaxınlığında yanğının baş verməsi barədə yayılan xəbərin həqiqətə uyğun olmadığını bildirib.
Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Nəsimi Rayon Dövlət Yanğından Mühafizə İdarəsi məlumat yayıb.
Məlumata görə, Heydər Əliyev Sarayının yaxınlığındakı binada qısamüddətli tüstülənmə olub və bunun qarşısı qısa müddətdə alınıb.
Qeyd edək ki, daha əvvəl Ermənistanın bir sıra mətbu orqanları Heydər Əliyev Sarayında yanğının baş verməsi barədə həqiqətə uyğun olmayan xəbər yayıb.