Nyu-Yorkda və ABŞ-ın yaxın ştatlarında yaşayan Azərbaycan icması Birləşmiş Millətlər Təşkilatının (BMT) qarşısında 27 sentyabr Anım Günü ilə əlaqədar aksiya keçiriblər.
Unikal.org xəbər verir ki, aksiya zamanı BMT-nin Azərbaycanın işğaldan azad olunan ərazilərində mina xəritələrinin verilməsi ilə bağlı Ermənistana təsir göstərməsi istənilib, eyni zamanda şəhidlər yad edilib.
Amerikada doğulub-böyüyən gənclər, o cümlədən 11 yaşlı uşaqlar aksiya zamanı çıxış edərək Ermənistanın Azərbaycana qarşı törətdiyi vandalizmlə bağlı məlumat veriblər.