İspaniyanın cənub-qərbində yerləşən Kanar adaları qrupundakı La Palma adasında aktivləşən "Old Peak" vulkanının lavaları yaxınlıqdakı 462 evi yandırıb.

Unikal.org  "Copernicus"a istinadən xəbər verir ki, lava bir həftə ərzində 16,4 kilometr yol qət edərək 212 hektar ərazidə evlərlə yanaşı heyvandarlıq üçün istifadə olunan 40-dan çox anbar və tövləni yandırıb.

Adanın cənub hissəsində 2,5 kilometr yol qət edən lavanın saatda 30 metr sürətlə irəlilədiyi qeyd olunub.