Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 50 m² olan elektrik otağında quraşdırılan 40 ədəd sayğac və 25 p.m kabel yanıb.
Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, otaqda olan digər avadanlıqlar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.