Əfqanıstanda hakimiyyəti ələ alan radikal "Taliban” hərəkatı əfqan kişilərinə qadağa qoyub.
Unikal.org xəbər verir ki, onlara saqqallarını qırxmaq və bərbərxanalara getmək qadağan edilib. "Taliban” bu qərarı İslam "normaları”nın tələbləri ilə izah edib.
Hafiz Rəşidin sözlərinə görə, ötən həftənin sonunda bölgədə qüvvəyə minən məhdudiyyətlər bütün Əfqanıstana şamil olunur. Helmandın özündə, əvvəllər olduğu kimi, cənub-şərqdəki Qəndəhar əyalətində də musiqiyə qadağa qoyulub.