Əfqanıstanın devrilmiş Prezidenti Əşrəf Qani beynəlxalq ictimaiyyəti hakimiyyəti ələ alan radikal "Taliban" hərəkatının qurduğu yeni hökuməti tanımağa çağırıb.
Unikal.org "Khaama Press" agentliyinə istinadən xəbər verir ki, eks-prezident "Ona yardım edib, onları tanıyın", - deyə çıxış edib:
"Beynəlxalq ictimaiyyət Əfqanıstan xalqını özündən uzaqlaşdırmamalı, hazırkı hökumətlə qarşılıqlı əlaqədə qurmalıdır. Ona yardım edib, onları tanıyın".