Bakıda bədbəxt hadisə yaşanıb.

Unikal.org-un məlumatına görə, pişik "Toyota Prado" markalı avtomobilin mühərrikxanasına daxil olub. Səhər saatlarında avtomobilin sürücüsü mühərriyi işə salarkən qəribə səs eşidib.

Buna görə ustaya müraciət edib. Məlum olub ki, yaranan səsə səbəb avtomobilin mühərrikxanasına pişiyin daxil olması olub. Hadisə nəticəsində pişik ölüb.

Seymur Əli