"Taliban Əl-Qaidə ilə əlaqələrini kəsməyib".
Unikal.org xəbər verir ki, bu sözləri ABŞ Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri, general Mark Milli deyib.
""Taliban"ın terror təşkilatı olduğunu və belə də qalacağını xatırlamalıyıq", - deyə Milli bildirib.
O, Əfqanıstanda terrorçuların yenidən hücumunun real olduğunu vurğulayıb.