"Space X" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask "Amazon"un rəhbəri Ceff Bezosu qabaqlayaraq dünyanın ən varlı adamı olub.
Unikal.org xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.
Bazar ertəsi ticarət birjalarının bağlanması ilə Maskın varidatı 3.8 milyard dollar artaraq 203.4 milyard dollar olub.