PKK/YPG terror təşkilatı Türkiyə ordusunun “Fərat Qalxanı” bölgəsində terror aktı törədib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Bildirilib ki, iki ayrı yerdə törədilən partlayışda 2 Suriya vətəndaşı ölüb, 19-u yaralanıb.
“PKK/YPG və dəstəkçiləri unutmamalıdır ki, regionun təhlükəsizliyi və sabitliyi üçün bütün terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcək və terror yuvalarını dağıtmağa davam edəcəyik” - deyə MN-nin açıqlamasında qeyd olunub.