"Pandemiyanın ən pis mərhələsi bitəndə neftə tələbat bərpa olunacaq".
Unikal.org xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo "Bloomberg"ə müsahibəsində deyib.
Barkindo pandemiyanın bitməsinin ölkələr arasında sərhədlərin yenidən açılmasına və səyahətlərin bərpasına töhfə verəcəyini bildirib.
O, qeyd edib ki, bərpa asta və qeyri-bərabər ola bilər.
"Məsələ OPEC + ölkələrinin 4 oktyabr görüşündə daha ətraflı şəkildə müzakirə olunacaq", - baş katib vurğulayıb.