Ucarda gecə saatlarında mağazaya daxil olan oğru gözlənilməz hadisə ilə qarşılaşıb.
Unikal.org xəbər verir ki, gecə saat 3 radələrində pəncərədən dükana girən şəxs marketdə təmizlik işi aparan obyekt sahibi ilə qarşılaşıb.
Bu zaman oğru ilə market sahibi əlbəyaxa olublar. Əlbəyaxa dava zamanı oğru vintaçanla market sahibinə zərər yetirərək hadisə yerindən qaçıb.
Sonradan məlum olub ki, marketə oğurluğa girən şəxs Göyçay rayon sakini Yunis Quliyevdir. Polis tərəfindən saxlanılan şəxs törətdiyi əməli etiraf edib.
Faktla bağlı araşdırma aparılır.