Bakıda oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, oğurluq etdiyinə görə tutulan N.Süleymanovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun Biləcəri qəsəbəsi ərazisində yerləşən telekommunikasiya qovşağına məxsus 110 metr naqili, qapı-pəncərə sexlərinin birindən və bir evdən 6800 manat dəyərində mobil telefon, təmir-tikinti alətləri və inşaat materialları oğurlaması da müəyyən edilib.
Araşdırma aparılır.