İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində aparılan axtarış işləri zamanı daha dörd erməni hərbçinin cəsəd qalıqları tapılıb.
Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, onların şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.
Bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1677 erməni hərbçinin cəsədi və ya qalıqları tapılıb.