“Yeni Klinika” koronavirusdan vəfat edən sabiq deputat Rafael Cəbrayılovla bağlı məlumat yayıb. 

Klinikadan Unikal.org-a daxil olan məlumatda bildirilir ki, Rafael Cəbrayılov 60 saturasiya ilə xəsəxanaya daxil olub:

“Həkimlərin ciddi səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb”.

***

10:44

Milli Məclisin həbsdə olan sabiq deputatı Rafael Cəbrayılov vəfat edib.

Unikal.org-un məlumatına görə, o, "Yeni Klinika"da koronavirus səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, R.Cəbrayılovun ağciyərində ciddi buzlaşma olub.

Xatırladaq ki, o, cari ilin aprel ayında barəsində olan dələduzluq faktları ilə bağlı həbs edilmişdi.

Seymur Əli