Yevlax sakininin bir gecədə 800 quşu yanğında tələf olub.

Unikal.org xəbər verir ki, hadisə Havarlı kəndi,Günəşli yaşayış massivi, 14 -cü küçə, 3 saylı fərdi təsərrüfatda baş verib. Yusifov Kamil Balabəy oğluna məxsus quşçuluq sexində baş verən yanğın yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb.

Daşdan tikilmiş sexin dam örtüyü  atmaları və digər konstruksiyaları zərər görüb. Eləcə də toyuq-cücə yanıb. Əldə olunan məlumata görə 800-ə qədər quş tələf olub.

E.Muradlı