İkinci Dünya Müharibəsində nasist konslagerinin əsgəri olmuş 96 yaşlı İrmgard Furçner məhkəməyə çıxmamaq üçün qocalar evindən qaçıb.
Unikal.org xəbər verir ki,18 yaşında olarkən Stutthof Konsentrasiya düşərgəsində katib işləyən Furçner, 11 412 adamın öldürülməsinə kömək etməkdə günahlandırılır.
Belə ki, illərdir kimliyini gizlədən alman qocalar evində olarkən nasist əsgəri olduğu öyrənilib. Araşadırmalar onu cinayətkar bir qrupun üzvü olduğunu ortaya çıxarıb. Barəsində cinayət işi açılan 96 yaşlı keçmiş əsgər bu gün qocalar evindən qaçıb. Polis kişinin axtarışına başlayıb. Çox keçməyib ki, o metroya minərkən saxlanılıb.
Məhkəməyə gətirilən İrmgard, zaldan da qaçmağa çalışıb. Lakin o, yenidən saxlanılıb.İrmgard Furçnerin barəsində istintaq işləri başladılıb. Onun həbs edilməsi nəzərdə tutulur.
Gülayə Mecid