Türkiyənin Rəqabət Qurumu "Trendyol"a bazarda satan satıcılar arasında ayrı-seçkilik etməsi səbəbiylə əmtəə nişanının sahibi olan “DSM Grup Danışmanlık İletişim ve Satış Ticaret Anonim Şirkəti”nin fəaliyyətini araşdırmağa başlayıb.
Unikal.org haberler.com-a istinadən xəbər verir ki, onlayn platforma malını satmaq istəyən şirkətlərə eyni yanaşmamaqda, rəqabət qanunvericiliyini pozmaqda şübhəli bilinir.
Araşdırma nəticəsində məlum olub ki, "Trendyol" digər şirkətlərin mallarının satışına vasitəçilik etdiyi halda, özünün "TrendyolMilla", "TrendyolMan" və "TrendyolKids" kimi brendlərinə üstünlük hüququ tanıyır, bunun üçün proqram təminatının alqoritmlərini müdaxilə edir.