İranda Tehran şəhərinin qərbində İslam İnqilabı Keşikçiləri Korpusuna aid gizli raket bazasında böyükmiqyaslı partlayış baş verib.
Unikal.org xəbər verir ki, rəsmi Tehran bunu gizlətsə də, beynəlxalq kəşfiyyat konsaltinq qrupu olan "ImageSat Intel" tərəfindən peyk görüntülərinin yayılması faktı üzə çıxarıb.
Bildirilib ki, baş verən partlayış nəticəsində bazaya ciddi ziyan dəyib. Lakin yaralananlar və zərər barədə heç bir xəbər verilməyib, sadəcə kiçik yanğının söndürüldüyü qeyd olunub.
"ImageSet Intel"in məlumatına görə, sözügedən partlayış İnqilab Keşikçilərinin gizli raket bazası olan "Shahid Hemmat Industrial Group"un obyektlərində baş verib.
Qeyd edək ki, "Shahid Hemmat Industrial Group" Müdafiə və Dəstək Nazirliyinə bağlı Hava və Kosmos Təşkilatının bir hissəsidir. O, maye yanacaqlı ballistik raketlər istehsalçısıdır. 2005 -ci ildə ABŞ sözügedən şirkətə qarşı sanksiyalar tətbiq edib.
Ağarza Elçinoğlu
#ISI reveals: On Monday, 27 September 2021, a mysterious #explosion shook western #Tehran, #Iran. According to #ISI intelligence report, the explosion occurred at an #IRGC secret missile base of Shahid Hemmat Industrial Group. pic.twitter.com/EMERYT2S5c
— ImageSat Intl. (@ImageSatIntl) September 30, 2021
Before & after: An explosion occurred (27 September 2021) at an #IRGC secret missile base of Shahid Hemmat Industrial Group pic.twitter.com/OYnsijeXiq
— ImageSat Intl. (@ImageSatIntl) September 30, 2021