Rumıniyada xəstəxanada yanğın olub, ölənlər var.
Unikal.org AP-yə istinadən xəbər verir ki, bu barədə Rumıniya Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkənin şərqində yerləşən Konstanta şəhərində COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanada bu gün səhər saatlarında yanğın başlayıb.
Nazirlikdən o da bildirilib ki, hadisə nəticəsində ölən və yaralananların sayı mətbuat brifinqində açıqlanacaq.
Yerli mətbuatın yazdığına görə, yanğında ən azı 4 nəfər ölüb.