İranın Azərbaycanla sərhəddə yerləşən şimal-qərb bölgəsində ordunun quru qüvvələrinin təlimləri başlanıb.

Unikal.org xəbər verir ki, təlim-məşq əməliyyatında zirehli diviziya, artilleriya bölmələri, PUA-lar, hərbi-mühəndislik bölməsi və vertolyotlar iştirak edir.

İran ordusu Quru Qüvvələrinin komandanı general-leytenant Kiyumərs Heydəri bildirib ki, əvvəllər sözügedən ərazilərin sərhəddində Ermənistanın işğalı zamanı xeyli terrorçu gəlib.
İndi də bölgədə İsrailin təsirinin qarşısını almaq üçün güc nümayişi etdirilir. 

Bildirilib ki, təlim Silahlı Qüvvələrin Baş Qərargahının qiymətləndiriciləri və vilayət rəsmilərinin iştirakı ilə ölkənin şimal-qərbində geniş bir ərazidə davam edir.

Ağarza Elçinoğlu