Ötən gün saxlanılan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili aclıq aksiyasına başlayıb.
Unikal.org xəbər verir ki, Gürcüstanın ombudsmanı Nino Lomjariya keçmiş prezidentlə görüşdən sonra jurnalistlərə bildirib.
Onun sözlərinə görə, keçmiş prezident Ukrayna konsulu ilə görüş tələb edir.
"Mən həbsxanaya daxil olanda o, tibbi müayinədən keçirdi. Sonra bizə kamerada danışmaq imkanı verildi. Mixail Saakaşvili aclıq elan etdiyini dedi", - Lomjaria deyib.